Majestic Palace yaşayış kompleksi dəniz səviyyəsindən 25 m yüksəklikdə, 8 mərtəbəli yaşayış kvartallarından ibarət və tikili sıxlığı aşağı olan Mərkəzi Park kvartalında yerləşir. Ərazini qərb və şərq hissəsinə ayıran Mərkəzi küçənin ortasında yerləşən zərif heykəltəraşlıq nümunələri ilə bəzədilmiş meydan bu rayonun qəlbi olacaqdır. Kompleksin əlverişli nöqtədə yerləşməsi Babək prospektinə rahat keçidi təmin edərək oradan eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına getməyi asanlaşdırır. Babək rayonunun şimal hissəsində – Babək prospekti boyunca 4 çıxışı olan yeni metro stansiyası planlaşdırılıb. Qonşuluqda layihələndirilmiş orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri Majestic Palace yaşayış kompleksini yaşamaq üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir. Satış ofisi: Bakı Ağ Şəhər, X. Rüstəmov küç. 8, AQP 2 yaşayış kompleksi, 2-ci mərtəbə.
Azərbaycanda ən böyük daşınmaz əmlak bazalarından biri olan adelHome saytına daxil olaraq, ən son alqı-satqı və kirayə elanlarını tapmaq mümkündür.
AdelHome istifadəçilər üçün çox rahat interfeys və axtarış funksionallığı ilə seçilir. Bakının müxtəlif rayonlarında satılan mənzillər, evlər, bağ evləri, ofislər, qarajlar, torpaq sahələri və obyektlər barədə ətraflı məlumatı burada əldə edə bilərsiniz.
İstənilən axtarış kriteriyalarını istifadəçi üçün nəzərdə tutulmuş filtrlər vasitəsilə tətbiq edərək, müxtəlif qiymət aralığında və təmir səviyyəsində, şəhərin mərkəzində və ya daha kənar yerlərdə olan daşınmaz əmlakı seçə bilərsiniz.
Azərbaycan daşınmaz əmlakının ən geniş kataloqunu adelHome saytında tapacaqsınız!
Satmaq istədiyiniz əmlakınız varmı? AdelHome saytında elanınızı asanlıqla yerləşdirə bilərsiniz.